Göygöldə motosikletçi qəza törədib 

Göygöldə motosikletçi qəza törədib 
# 25 aprel 2022 23:50 (UTC +04:00)

Göygöldə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Tural Qasımov motiskletlə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə motosiklet yoldan çıxaraq aşıb.

Qəza zaman motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR