Göygöldə qəza olub, ölən var - YENİLƏNİB

Göygöldə qəza olub, ölən var - YENİLƏNİB
# 28 mart 2023 21:42 (UTC +04:00)

Bakı Qazax avtomagistralındakı qəzanın təfərrüatları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Bakı Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyundai Santa Fe " və "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

20.54

Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadidə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı bir nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR