Göygöldə qəza olub, xəsarət alanlar var 

Göygöldə qəza olub, xəsarət alanlar var 
# 03 may 2022 21:16 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR