Bank Of Baku

Göygöldə sel nəticəsində vətəndaş köməksiz vəziyyətdə qalıb

Göygöldə sel nəticəsində vətəndaş köməksiz vəziyyətdə qalıb
# 11 iyun 2022 08:03 (UTC +04:00)

Göygöldə sel nəticəsində bir nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qoşqar çayının rayonun, Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yağan güclü yağışla əlaqədar Qoşqar çayında suyun səviyyəsi sürətlə qalxıb.

Kənd sakini 40 yaşlı Qocayev Ramal çayı keçmək istəyərkən köməksiz vəziyyətdə qalıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə vətəndaşı çaydan çıxarmaq mümkün olub.

Hazırda kənd sakininin vəziyyəti normladır, həyatı üçün təhlükə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR