Göygöldə yük maşını minik maşınına çırpılıb, xəsarət alan var - FOTO

Göygöldə yük maşını minik maşınına çırpılıb, xəsarət alan var - FOTO
# 12 yanvar 2022 01:11 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes“ markalı yük maşını arxadan yolunun kənarında dayanan “Mercedes“ minik maşınına çırpılıb.

Qəza zamanı minik maşınının Alim adlı sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR