Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər tutulub - VİDEO

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər tutulub - VİDEO
# 12 yanvar 2023 11:28 (UTC +04:00)

Yanvar ayının 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Azərbaycan Respublikası vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR