Hacıqabulda mikroavtobusun qəzaya uğramasının səbəbləri bilinib - FOTO - YENİLƏNİB-1

Hacıqabulda mikroavtobusun qəzaya uğramasının səbəbləri bilinib - FOTO - YENİLƏNİB-1
  • Clock-gray 11:04
  • calendar-gray 23 Avqust 2019

Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı).

Yaralılardan 6 nəfərinin xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Onların vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.

***

Saat 08:46

Yevlaxdan Bakıya gələn "Mercedes" markalı mikroavtobusun Hacıqabul rayonunda qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə işi araşdıran polis əməkdaşları bildirib.

Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.

***

Saat 07:46

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 10-dan çox adam xəsarət alıb.

Hadisənin təfərrüatları araşdırılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date