Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb - FOTO

Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb - FOTO
# 09 noyabr 2022 10:32 (UTC +04:00)

Hacıqabulda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA” markalı avtomobillə “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Şirvan xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR