Həzi Aslanov: "İnsan alveri ilə mübarizədə görülməli işlər çoxdur"

Həzi Aslanov: "İnsan alveri ilə mübarizədə görülməli işlər çoxdur"
# 04 oktyabr 2022 09:51 (UTC +04:00)

“Bu gün yeni Milli Fəaliyyət Planına uyğun olaraq insan alveri və məcburi əmək faktlarının vaxtında aşkarlanması, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması, qurbanların müdafiəsi, cəmiyyətə reinteqrasiyası və digər vacib istiqamətlərdə aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə sistemli iş aparılır”.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı təşkil olunan dəyirmi masada deyib.

O bildirib ki, bütün bunlarla yanaşı, insan alveri ilə mübarizədə görülməli işlər də çoxdur: "Cinayətlərin başqa növləri kimi insan alveri əməllərinin törədilmə forma və metodları daim dəyişdiyindən onların aşkarlanmasının özünəməxsus çətinlikləri də ortaya çıxır. Son illər həmin qanunazidd fəaliyyətin əsasən internet üzərindən həyata keçirilməsi isə daha böyük səylər tələb edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR