İmişlidə avtomobil kanala aşıb, bir ailənin 5 üzvü ölüb - YENİLƏNİB-1 - FOTO

İmişlidə avtomobil kanala aşıb, bir ailənin 5 üzvü ölüb - YENİLƏNİB-1 - FOTO
# 09 sentyabr 2019 13:09 (UTC +04:00)

Daxili İşlər Nazirliyi İmişlidə baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

***

Saat 10:50

Xəbərə fotolar əlavə olunub.

***

Saat 07:56

İmişli rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri - sürücünün qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR