İki rayonda ağacların kəsilməsinə görə cinayət işi başlanıb

İki rayonda ağacların kəsilməsinə görə cinayət işi başlanıb
# 08 iyun 2023 16:05 (UTC +04:00)

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli, Lerik və Xaçmaz rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırmalar zamanı qeyd edilən rayonların ərazilərində meşə fonduna daxil olmayan, ümumilikdə 99 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 50 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR