İmişlidə 2 maşın toqquşub, ölən var - FOTO - VİDEO

İmişlidə 2 maşın toqquşub, ölən var - FOTO  - VİDEO
# 06 iyul 2022 17:09 (UTC +04:00)

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

Saatlı rayonu Bəylik kənd sakini, 1991-ci il təvəllüdlü İdayətov Təbriz Hidayət oğlunun idarə etdiyi 99-RV-412 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobil və İmişli şəhər sakini, 1976-cı il təvəllüdlü Quliyev İdris Əliqulu oğlunun idarə etdiyi 99-EP-498 dövlət nömrə nişanlı, "Mercedes Benz C200" markalı minik maşını toqquşub. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

Faktla əlaqədar İmişli rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR