İmişlidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var- FOTO

İmişlidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var- FOTO
# 07 may 2022 09:41 (UTC +04:00)

İmişlidə yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonunun Xəlifəli kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı mikroavtobusun "Mercedes" markalı minik maşını ilə toqquşması nəticəsində Beyləqan sakinləri, 1994-cü il Quluzadə Allahverdi Mübariz oğlu, 1987-ci il təvəllüdlü Quliyev Rafət İlqar oğlu və Sabirabad rayonunun Qalağayın kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Akif Musa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Elşən Mehman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR