İsmayıllıda qəsdən yanğın törətmə faktının üstü açılıb - VİDEO

İsmayıllıda qəsdən yanğın törətmə faktının üstü açılıb - VİDEO
# 05 avqust 2022 14:40 (UTC +04:00)

Avqustun 3-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Məlumata görə, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR