Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 85 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.
İstirahət günləri yol qəzalarında 6 nəfər ölüb

Hadisə

“Texnikabank”ın rəhbəri Etibar Əliyev Mövlam Şıxəliyevin məhkəməsində ifadə verib: “Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə restoranda görüşdük”
Bərdədə qəzada sürücü həlak olub - FOTO
Goranboyda qəza olub, xəsarət alanlar var - FOTO
