İsmayıllıda avtomobil aşıb, 1 nəfər ölüb

İsmayıllıda avtomobil aşıb, 1 nəfər ölüb
# 23 oktyabr 2019 13:31 (UTC +04:00)

İsmayıllıda avtomobil qəzasında xəsarət alan şəxslərdən biri ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu dünyasını dəyişib.

***

İsmayıllıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Kürdmaşı kənd sakini, 1994-cü il təvəllüdlü Məcidov Tərlan Müqabil oğlu idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə zamanı sürücü Tərlan Məcidov və sərnişini olan həmkəndlisi, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən T.Məcidov hazırda koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR