Kamran Əliyev İran Baş prokuroru ilə görüşüb - FOTO

Kamran Əliyev İran Baş prokuroru ilə görüşüb

© APA | Kamran Əliyev İran Baş prokuroru ilə görüşüb

# 12 yanvar 2022 15:29 (UTC +04:00)

Moskvaya işguzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bugün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.
Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR