Kanalda 11 gün əvvəl batan şəxsin meyiti tapılıb

İsmayılzadə Sərxan Rizvan oğlu

© APA | İsmayılzadə Sərxan Rizvan oğlu

# 27 aprel 2022 10:41 (UTC +04:00)

Yuxarı Qarabağ Su kanalında batan şəxsin meyiti tapılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, 16.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun axtarışları başa çatıb. S.İsmayılzadənin meyiti kanalın Yevlax şəhəri, Malbinəsi kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 20 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, S.İsmayilzadə idarə etdiyi VAZ-2107” markalı minik maşını ilə Yevlax rayonu Aran qəsəbəsi ərazisində, naməlum şəraitdə su kanalına düşüb. Maşın həmin gün tapılsa da, meyiti tapmaq mümkün olmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR