Kəlbəcərdə erməni əsirliyində işgəncə ilə öldürüldüyü ehtimal edilən şəxsin skeletinin qalıqları tapılıb - FOTO - VİDEO

Kəlbəcərdə erməni əsirliyində işgəncə ilə öldürüldüyü ehtimal edilən şəxsin skeletinin qalıqları tapılıb - FOTO  - VİDEO
# 31 oktyabr 2022 15:27 (UTC +04:00)

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə APA-ya Baş Prokurorluqdan məlumat verilib. Xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırlaraq ekspertiza aparılması məqsədilə götürülüb.

Aşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.

Hazırda araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR