Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub - FOTO

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

© APA | Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

# 26 yanvar 2022 19:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Neftçala rayonunun Mayak kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib.

Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair söhbət aparılıb, bu tip su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR