Kürdəmir sakini arvadını bıçaqlayıb

Kürdəmir sakini arvadını bıçaqlayıb
# 03 oktyabr 2022 16:03 (UTC +04:00)

Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Rəcəb Bəkirov ailə münaqişəsi zəminində həyat yoldaşı Dürbəst Bəkirovaya 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı qadının vəziyyəti ağırdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

DİN-mətbuat xidmətinin Şirvan regional qurupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Rəcəb Bəkirov saxlanılaraq prokurorluğa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR