Kürdəmirdə həmyerlisini güllələyərək öldürən şəxs saxlanııb - YENİLƏNİB

Kürdəmirdə həmyerlisini güllələyərək öldürən şəxs saxlanııb - YENİLƏNİB
# 11 iyun 2023 01:36 (UTC +04:00)

İyunun 10-də 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu saxlanılıb.

Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

***

10.06.2023

Saat 23:58

İyunun 10-də 23 radələrində Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqanətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR