Kürdəmirdə qəzada 4 nəfər xəsarət alıb

Kürdəmirdə qəzada 4 nəfər xəsarət alıb
# 12 sentyabr 2022 22:41 (UTC +04:00)

Kürdəmirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə 21: 30 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-21010" markalı minik avtomobili "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə Kürdəmir rayon sakinləri - Mayıl Mikayıl oğlu Kərimov, Elnur Saleh oğlu Kərimov, Röyal Saleh oğlu Kərimov və Pərvin Əlaga oğlu Əhədov müxtəlif xəsarətlər alıblar.

Zərərçəkənlər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR