Lənkəranda ata oğlunu yük maşını ilə vurub öldürüb

Lənkəranda ata oğlunu yük maşını ilə vurub öldürüb
# 23 may 2022 19:14 (UTC +04:00)

Lənkəranda ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində 9 yaşlı uşaq ölüb.

APA-nın cənub bürosu xəbər verir ki, bədbəxt hadisə rayonun Horavenc kəndində qeydə alınıb.

Bəliton kənd sakini 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi "Zil" markalı avtomobillə hərəkətdə olarkən darvazanı açmaq üçün maşından enən oğlu, 2013-cü il təvəllüdlü Nemət Quluzadəyə ehtiyatsızlıqdan xəsarət yetirib. Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Mərhumun yaxınları əsəblərini cilovlaya bilməyib xəstəxananın həkimi Cəmil İbadullayevə və mühafizəçi, polis serjantı Yusif Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hadisə ilə bağlı APA-ya açıqlama verən DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, dünyasını dəyişən şəxsin qardaşı Mərkəzi Xəstəxanada xidmət personalı ilə mübahisə edib, iki nəfərə xəsarət yetirib. Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Müvafiq ekspertizalar təyin edilib.

Təfərrüat ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR