Lənkəranda avtomobil daş hasara çırpılıb, iki nəfər ölüb - FOTO - VİDEO

Lənkəranda avtomobil daş hasara çırpılıb, iki nəfər ölüb - FOTO  - VİDEO
# 08 avqust 2022 19:01 (UTC +04:00)

Lənkəranda ağır yol qəzası baş verib.

APA-nın cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Astara yolunun rayonun Vel kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin - sürücü, 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və onun sərnişini, 2000-il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadənin orada öldüyü bildirilir. Ağır yaralanan digər sərnişin isə 1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimovdur.

Məlumata görə, qəzaya düşənlər Lənkəran rayonu Səpnəkəran kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR