Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
# 24 may 2022 10:43 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosu xəbər verir ki, ötən gün gecə saatlarında rayonun Şilavar kəndi ərazisində "VAZ 2106" markalı avtomobil Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Camal Aydın oğlu Ağayevi vurub. Piyada ağır dərəcəli bədən xəsarətləri alıb. Sürücü xəsarət alan şəxsi Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən C.Ağayevi xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR