Lənkəranda keçmiş bələdiyyə binası yanıb - FOTO - VİDEO

Lənkəranda keçmiş bələdiyyə binası yanıb  - FOTO  - VİDEO
# 11 yanvar 2022 00:45 (UTC +04:00)

Yanğın gecə saatlarında Lənkəran rayonunun Vilvan kəndində yerləşən binada qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli binanın 50 kvadratmetr sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, keçən əsrin 70-ci illərində tikilmiş bina 7 otaqdan və 1 dəhlizdən ibarətdir. Burada fəaliyyət göstərən bələdiyyə bir müddət əvvəl yeni binaya köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR