Lənkəranda tələbə qətlə yetirilib - FOTO - YENİLƏNİB

Lənkəranda tələbə qətlə yetirilib  - FOTO  - YENİLƏNİB
# 18 noyabr 2022 10:24 (UTC +04:00)

Prokurorluq Lənkəranda baş verən qətl barədə məlumat yayıb.

Lənkəran rayon prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***

01.22

Lənkəranda tələbələr arasında kütləvi dava olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, keçmiş Ələt-Astara magistralında, Lənkəran rayonunun Kürə deyilən ərazisində baş verən kütləvi dava ölümlə nəticələnib.

İlkin məlumata görə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, Tosif Nəsirov kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR