Lerikdə qurumuş ağac kötükləri yanıb - VİDEO

Lerikdə qurumuş ağac kötükləri yanıb - VİDEO
# 21 dekabr 2021 18:45 (UTC +04:00)

Lerik rayonunun Günəşli kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə məxsus ərazidə təqribən 1 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanğın FHN-in yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR