Lökbatanda quyuda gizlədilmiş heroin aşkarlanıb - FOTO

Lökbatanda quyuda gizlədilmiş heroin aşkarlanıb - FOTO
# 04 iyun 2022 17:34 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında quyuda gizlədilmiş ümumi çəkisi 253,552 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR