Masallıda 2 mərtəbəli ev yanıb

Masallıda 2 mərtəbəli ev yanıb
# 17 may 2023 17:21 (UTC +04:00)

Masallı rayonunun Köhnə Alvadı kəndində yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR