Mehdiabadda avtobusun iştirakı ilə qəza olub, 2 nəfər xəsarət alıb

Mehdiabadda avtobusun iştirakı ilə qəza olub, 2 nəfər xəsarət alıb
# 07 iyul 2022 11:44 (UTC +04:00)

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası olub.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Mehdiabad qəsəbəsində “Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JZ 281 DQN-lı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtobus dönmə əməliyyatı edərkən minik avtomobili ilə toqquşub. Qəza avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR