Meyxanaçı Rəşad Dağlıya əlavə ittiham verilib - VİDEO

Meyxanaçı Rəşad Dağlıya əlavə ittiham verilib - VİDEO
# 17 aprel 2023 11:02 (UTC +04:00)

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlıya əlavə ittiham verilib.

APA xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında bildirilib.

Prosesdə məlum olub ki, Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

İlkin olaraq Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR