Əsas kapitala investisiya qoyuluşu 12%-ə yaxın artıb

Əsas kapitala investisiya qoyuluşu 12%-ə yaxın artıb
# 15 may 2024 12:38 (UTC +04:00)

2024-cü ilin yanvar-aprel aylarında əsas kapitala 5230,4 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8% çox investisiya yönəldilib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 faiz artıb. İstifadə olunmuş investisiyanın 2828,9 milyon manatı və ya 54,1 faizi məhsul istehsalı sahələrinə, 1979,3 milyon manatı (37,8 faizi) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 4210,1 milyon manatını və ya 80,5 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3687,6 milyon manatı və ya 70,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR