Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yük daşımaları 5%-dən çox artıb

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yük daşımaları 5%-dən çox artıb
# 15 may 2024 12:40 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7980,6 min ton, yük dövriyyəsi isə 3 233,8 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 9 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 763,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 1 966,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 2 432,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 1 698,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi isə 86,3 min ton təşkiedib. Yüklərin 3607,4 min tonu və ya 45,2 faizi dəmir yolu nəqliyyatı, 2 527,5 min tonu və ya 31,7 faizi avtomobil nəqliyyatı, 1 845,7 min tonu və ya 23,1%-i dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2%-ni və ya 4808,0 min tonunu tranzit yüklər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR