Mingəçevirdə avtomobil maneəyə çırpılıb

Mingəçevirdə avtomobil maneəyə çırpılıb
# 15 oktyabr 2019 04:04 (UTC +04:00)

Bu gün axşam saatlarında Xaldan şossesində yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetmədən çıxan avtomobil maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb. Adı hələlik müəyyən edilməyən sürücü xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, hadisəyə avtomobilin qarşısına itin çıxması səbəb olub.

İlkin müayinə zamanı səhətində hər hansı ciddi problemin olmadığından sürücü evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR