Mingəçevirdə azyaşlı qız 4-cü mərtəbədən düşüb

Mingəçevirdə azyaşlı qız 4-cü mərtəbədən düşüb
# 03 may 2022 16:09 (UTC +04:00)

Mingəçevirdə bədbəxt hadisə baş verib. Azyaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin V. Abdullayev küçəsi Ev 6 mənzil 46 ünvanında qeydə alınıb. Nənəsi evinə qonaq gələn 9 yaşlı Dəniz Hüseynli binanın 4-cü mərtəbəsinin eyvanından yerə düşüb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan D. Hüseynli Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR