Mingəçevirdə minik maşını yük maşını ilə toqquşub - FOTO

Mingəçevirdə minik maşını yük maşını ilə toqquşub - FOTO
  • Clock-gray 23:06
  • calendar-gray 09 Oktyabr 2019

Mingəçevirdə minik avtomobili yük maşını ilə toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Xaldan şossesi istiqamətində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili “Mercedes” markalı yük maşını ilə toqquşub. Minik maşınının sürücüsü qəzadan yüngül xəsarətlə qurtulub və müayinə üçün xəstəxanaya aparılıb.

Qəza nəticəsində, həmçinin yük maşınının yanacaq çəni dağılıb və içərisindəki yanacaq ətrafa yayılıb. Hadisədə yerinə gələn yanğından mühafizə briqadası yarana biləcək yanğının qarşısını almaq məqsədilə ərazinin yanacaq səpilmiş hissəsini su ilə neytrallaşdırıb.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date