Mingəçevirdə üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

Mingəçevirdə üç avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 20 sentyabr 2019 00:19 (UTC +04:00)

Mingəçevirdə üç avtomobilin iştirakı ilə zəncirvari avtoqəza baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 20 yanvar küçəsinin N.Nərimanov küçəsi ilə kəsişmə hissəsində qeydə alınıb.

İşıqfor ərazisinə düşən sahədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes”, “Lexus” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində avtomillərə ciddi ziyan dəyib və bədən xəsarəti alan bir nəfər sərnişin - 1982-ci il təvəllüdlü Babayeva İradə Babaş qızına yerindəcə həkim briqadası tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR