Əməliyyat zamanı polisin ölümünə səbəb olan şəxs təcridxanada intihara cəhd edib

Əməliyyat zamanı polisin ölümünə səbəb olan şəxs təcridxanada intihara cəhd edib
# 20 dekabr 2019 10:14 (UTC +04:00)

Gəncədə məhbus özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında qeydə alınıb. Orada saxlanılan, Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Ayralov Tahir Fərzəli oğlu kəsici ailətə özünə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdilib və əməliyyat olunub.

Faktla bağll araşdırma aparılır.

Qeyd edək ki, T.Aylarov uzun müddət axtarışda olub. Hələ 2016-cı ildə Ağstafada onun tutulması istiqamətində keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb. Belə ki, gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. O, xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR