Moskvada ermənilərlə kütləvi davaya görə tutulan azərbaycanlılara hökm oxunub

Moskvada ermənilərlə kütləvi davaya görə tutulan azərbaycanlılara hökm oxunub
# 19 aprel 2022 15:30 (UTC +04:00)

2020-ci ildə Moskvada ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı başlanmış cinayət işi üzrə qərar elan olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, Moskvanın Lyublinski Rayon Məhkəməsinin qərarı ilə E. Ələkbərov, B. Vəliyev, P. Həmidov, T. İsmayılov və A. Qafarov xuliqanlıqda təqsirli biliniblər və onlar 2 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İş üzrə təqsirləndirilən digər iki şəxs – M. Zahidova və D. Qiyasova isə 2 il 8 ay şərti cəza təyin olunub.

Qeyd edək ki, 2020-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra dünyanın bir sıra ölkələrində yaşayan ermənilərlə azərbaycanlılar arasında milli zəmində insidentlər baş verib. ABŞ-da və Avropada ermənilərin kütləvi şəkildə azərbaycanlılara hücum etməsi xəbərinə cavab olaraq Moskvada və Rusiyanın digər regionlarında azərbaycanlılarla ermənilər arasında kütləvi davalar baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR