Narkotacirə 14 il həbs cəzası verilib

Narkotacirə 14 il həbs cəzası verilib
# 22 aprel 2022 15:26 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İsmayıl Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İsmayıl Qədirov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il Qaradağ rayonu ərazisində paytaxt sakini İsmayıl Qədirov avtomobili ilə birlikdə saxlanılıb. Onun üzərində 12 qram, idarə etdiyi avtomobildə isə 4 kiloqram heroin aşkar edilib.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü( külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR