Naxçıvanda 2 gün əvvəl qəzaya düşən qadın xəstəxanada ölüb

Naxçıvanda 2 gün əvvəl qəzaya düşən qadın xəstəxanada ölüb
# 16 oktyabr 2019 11:53 (UTC +04:00)

Naxçıvanda qəza nəticəsində xəstəxanaya düşən qadın orada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 15-də orada ölüb.

Faktla bağlı Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR