Naxçıvanda iş vaxtı xəsarət alan ustanın barmağı amputasiya olunub

Naxçıvanda iş vaxtı xəsarət alan ustanın barmağı amputasiya olunub
# 21 yanvar 2023 10:18 (UTC +04:00)

Culfada usta iş vaxtı qəza nəticəsində xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Dəmir Yolları MMC-də çalışan 1991-ci il təvəllüdlü Culfa rayon Yaycı kənd sakini Şahin Həbibovun əli dəzgaha düşüb.

Şahin Həbibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib və sol əlinin barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR