Naxçıvanda ticarət mərkəzində yanğın olub - FOTO

Naxçıvanda ticarət mərkəzində yanğın olub - FOTO
# 01 iyun 2023 14:44 (UTC +04:00)

Naxçıvanda yanğın baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yanğın bu gün şəhərin "Park AVM" ticarət mərkəzində qeydə alınıb. Yanğının binanın sonuncu mərtəbəsində yerləşən kafenin mətbəxində başladığı bildirilir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan Dövlət Yağından Mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR