Naxçıvanda usta iş vaxtı ağır xəsarət alıb

Naxçıvanda usta iş vaxtı ağır xəsarət alıb
# 12 yanvar 2023 12:35 (UTC +04:00)

Naxçıvanda usta iş vaxtı qəza nəticəsində ağır xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, "Arkoz Holdinq”ə aid şirkətlərin birində çalışan 1963-cü il təvəllüdlü Naxçıvan şəhər sakini Süleyman Əzimovun əli dəzgaha düşüb.

Süleyman Əzimov ağır vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR