Nazir: Bu il 220 cinayətkar qrup zərərsizləşdirilib

Vilayət Eyvazov

© APA | Vilayət Eyvazov

# 19 aprel 2022 17:07 (UTC +04:00)

Bu ilin ilk 3 ayında 556 nəfərdən ibarət 220 cinayətkar qrup zərərsizləşdirilib.

APA xəbər verir ki, bunu Daxili işlər naziri Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, bu müddətdə qeydə alınmış 8.622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR