Nazirlik: İcra məmuru ilə bağlı baş vermiş mübahisə üzrə araşdırma aparılır

Ədliyyə Nazirliyi

© APA | Ədliyyə Nazirliyi

# 19 may 2022 17:33 (UTC +04:00)

Ədliyyə Nazirliyinin İcra baş idarəsi icra məmurunun vəkili döyməsi barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq qeyd olunub ki, mayın 18-də bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərviz Quliyevin vəkil kimi təqdim olunan Ülkər Hüseynbəylini döyməsi barədə məlumat yayılıb.

Bildirilir ki, Ü.Hüseynbəylinin Vəkillər Kollegiyasının üzvü olması bu qurum tərəfindən təkzib olunub: "İcra məmurunun xidməti fəaliyyəti ilə bağlı olmayan baş vermiş mübahisə üzrə isə araşdırma aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR