Neftçalada baş verən qəzada ölən və yaralanan var

Neftçalada baş verən qəzada ölən və yaralanan var
# 21 sentyabr 2022 22:32 (UTC +04:00)

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qardaşbəyli kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində sürücü - Salyan sakini, 1993-cü il təvəllüdlü Abasov Cavid Cahid oğlu hadisə yerində ölüb. Avtomobildə olan Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR