Neftçalada çaqqalların hücum etdiyi şəxs ölüb

Neftçalada çaqqalların hücum etdiyi şəxs ölüb
# 19 noyabr 2022 11:27 (UTC +04:00)

Neftçalada çaqqalların hücumuna məruz qalan epilepsiya xəstəsi ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən axşam Neftçala rayonunun Aşağı Surra kəndində həyətindəki hinə çaqqal hücumu nəticəsində 43 yaşlı kənd sakini, Tarıverdiyev İxtiyar Ağəli oğlu dünyasını dəyişib.

O, çaqqalları zərərsizləşdirmək istəyərkən qıcolmadan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR